Giya Volski - Strasburq Məhkəməsinin qərarı hüquqi məkanda kiçik Gürcüstanın qələbəsidir
Parlamentin vitse-spikeri Giya Volski bəyan edir ki, 2006-cı ildə Rusiyadan deportasiya edilmiş Gürcüstan vətəndaşlarının fərdi şikayətini təmin edən Avropa İnsan Haqqları Məhkəməsinin qərarı Gürcüstanın qələbəsidir.
Onun dediyinə görə, bu məsələ yalnız hüquqi ifadə deyil və rəmzidir.
“Bu məsələ hüquqi məkanda kiçik Gürcüstanın qələbəsidir. Düşünürəm bu məsələ yalnız hüquqi ifadə deyil və rəmzidir, çünki doğru və düzgün mövqedə olmalısan”, – Giya Volski bəyan etdi.
Deputat hesab edir ki, Gürcüstanın mövqeləri Haaqa Məhkəməsində də güclüdür.
Avropa İnsan Haqqları Məhkəməsi 2006-cı ildə Rusiyadan deportasiya edilmiş Gürcüstan vətəndaşlarının fərdi şikayətini təmin etdi. Məhkəmənin qərarı ilə, 2006-cı ildə inzibati qayda ilə yaxalanan və deportasiya edilən Gürcüstan vətəndaşlarına Rusiya, təzminat şəklində 2000-dən 15 000-dək avro ödəməlidir. “Məhkəmə müəyyənləşdirdi ki, Rusiya 19 sikayət edənə qarşı, Avropa konvensiyasının müxtəlif maddələrini pozdu”, – Məhkəmənin qərarında deyilir.