Giya Volski - ictimaiyyətdə düşünürlər ki, Parlamentə daxil olduğun pariyadan çıxanda, mandatını tərk etməlisən, lakin reqlamentlə bu nəzərdə tutulmayıb
Giya Volski - ictimaiyyətdə düşünürlər ki, Parlamentə daxil olduğun pariyadan çıxanda, mandatını tərk etməlisən, lakin reqlamentlə bu nəzərdə tutulmayıb

Parlamentin vitse-spikeri, Giya Volskinin bəyan etdiyinə görə, reqlament Parlamentə birlikdə daxil olduğu partiyanı tərk edərkən mandatı da tərk etməyi nəzərdə turmur, lakin ictimaiyyətdə düşünürlər ki, deputat Parlamentə daxil olduğu pariyadan çıxanda, mandatını tərk etməlidir.

“Dito Samxaradze öz fikri barəsində danışmır. İctimaiyyətdə elə fikir var ki, Parlamentə daxil olduğun pariyadan çıxanda, mandatını tərk etməlisən, lakin reqlamentlə bu nəzərdə tutulmayıb. Ölkə partiyalara məxsus deyil, bu ictimaiyyətin mənsubiyyətidir. İctimaiyyəti konkret siyasi qüvvələr təmsil edirlər, kim olurlarsa olsunlar, istər Qaxariya istər başqası. İctimaiyyətin dəstəyi ondan asılıdır ki, istəsə də vaxtsız çıxmasını, geriyə doğru atılmış addımını, üzərinə məsuliyyətin götürə bilməməsini necə dəyərləndirəcək. Müxalifətdə olarkən, onsuz da söhbət etdiyin müəyyən problemlər barəsində söhbət etmək daha asan və rahatdır. Əzas mövzu bu komandanın lideri Qaxariyadır, hansı da dövlət üçün çox önəmli mərhələdə düzgün olmayan qərar qəbul etdi”, – Giya Volski bəyan etdi.

Giya Volski qeyd edir ki, çoxluqdan deputatların çıxması gözlənilməz deyildi.

Gürcüstan Parlamentini “Gürcü Arzusunun” altı üzvü tərk etdi. Giorgi Xocevanişvili, Beka Liluaşvili, Ana Buşukuri, Aleksandre Motsereliya, Mixeil Dauşvili və Şalva Kereselidze fəaliyyətlərinin müstəqil deputat olaraq davam etdirəcəklər. Onların dediyinə görə, Giorgi Qaxariyanın komadası üzvləridlər və bu gündən partiyanın qurulması mərhələsinə keçirlər.