Giya Baramidze - dinc mübarizənin bütün metodu konstitusiyalıdır, bu çərçivədən çıxmayacağıq
Giya Baramidze - dinc mübarizənin bütün metodu konstitusiyalıdır, bu çərçivədən çıxmayacağıq

Dinc mübarizənin bütün metodu konstitusiyalıdır, biz heç cür bu çərçivədən çıxmayacağıq, – bu barədə “Milli Hərəkatın” üzvü, Giya Baramidze bəyan etdi.

Onun dediyinə görə, konsitusiya çərçivəni heç kim aşmayacaq. Baramidze deyir ki, xalqdan seçkilərin oğurlanması qeyri legitimdir və onların iradəsinin iqnorlaşdırlmasıdır.

“Bu çərçivədən İvanişvili çıxır. O, seçkiləri saxtalaşdırdı, xalqdan bu seçkiləri oğurladı. İvanişvili müxalifətə keçməlidir. Burada kim varsa, koalisiya şəklində hakimiyyətə gəlməliyik. Dinc mübarizənin bütün forması siyasi formadır. Konsitusiya çərçivəni heç kim aşmayacaq. Xalqdan seçkilərin oğurlanması qeyri legitimdir və öz xalqının iradəsinin iqnorlaşdırlmasıdır”, – Giya Baramidze bəyan etdi.

Giya Baramidze epidemiya şəraitində aksiyanın keçirilməsi barəsində də söhbət etdi və qeyd etdi ki, lazım olan normaları müdafiə edirlər.

“Gördünüz ki, maskanı yalnız müsahibə zamanı çıxardım. Epid-durum buna qədər pisləşdi, aksiyaya qədər 2 500 insan xəstələndi və təəssüflər olsun ki, liderlər siyahısındayıq, bir adambaşı əhaliyə dünyada hamını ötüb keçdik. Bu zərərverici hakimiyyət öyünməklə məşğul idi və onun əvəzinə ki, müvafiq addımlar ataydı. Əminəm, lazım olan normaları hamı müdafiə edir”, – Giya baramidze jurnalistlərə bəyan etdi.