Givi Mikanadze Xorvatiyanın elm, təhsil və gənclər naziri ilə görüşüb
Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Xorvatiya Respublikasının elm, təhsil və gənclər naziri Radovan Fuks ilə görüş keçirib.
Təhsil Nazirliyinin məlumatına görə, tərəflər iki ölkə arasında təhsil, elm və gənclər sahələrində tərəfdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edib və gələcək əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparıblar.
Givi Mikanadze xorvatiyalı həmkarını Gürcüstanın təhsil sistemində aparılan genişmiqyaslı islahatlarla tanış edib və planlaşdırılan təşəbbüslər barədə məlumat verib.
Görüşün sonunda tərəflər fəal əməkdaşlıq etməyə və birgə təhsil layihələrinin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduqlarını təsdiqləyiblər.
Görüş Slovakiyanın paytaxtı Bratislavada PISA 2025-in nəticələrinin Mərkəzi və Şərqi Avropa, Şimali Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional təqdimatı çərçivəsində keçirilib.