Givi Mikanadze rəsmi səfərlə Slovakiyaya yola düşüb
Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze işgüzar səfərlə Slovakiyaya yola düşüb.
Givi Mikanadze Slovakiyanın təhsil, tədqiqat, inkişaf və gənclər naziri Tomas Drakerlə ikitərəfli görüş keçirəcək.
Səfər çərçivəsində Givi Mikanadze PISA 2025-in regional konfransında iştirak edəcək və tədbir iştirakçılarına Gürcüstanın təhsil sisteminin əldə etdiyi nailiyyətlər barədə məlumat verəcək.
Konfrans çərçivəsində PISA 2025-in nəticələrinin regional icmalının təqdim edilməsi də planlaşdırılır.
Givi Mikanadze, həmçinin Ukrayna, Türkiyə, Xorvatiya və Qırğızıstanın təhsil nazirləri ilə görüşlər keçirəcək.