Givi Mikanadze Msxeta-Mtianeti dövlət məktəblərində aparılan reabilitasiya işləri ilə tanış olub

14:57, 26.08.2026

Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze Msxeta-Mtianeti üzrə dövlət nümayəndəsi Levan Zautaaşvili və parlament nümayəndəsi Dimitri Xundaadze ilə birlikdə Msxeta-Mtianeti bölgəsindəki dövlət məktəblərində aparılan təmir-bərpa işlərinə baxış keçirib.
Nazirliyin məlumatına görə, reabilitasiya çərçivəsində Kazbeqi bələdiyyəsinin Arşi kəndindəki dövlət məktəbi tamamilə yenilənəcək. Stefan­tsminda №1, Sioni kəndi və Tianeti №1 dövlət məktəblərində isə qismən reabilitasiya işləri aparılacaq.
“Dövlət məktəblərinin infrastrukturunun inkişaf etdirilməsi, şagirdlər üçün təhlükəsiz, müasir və keyfiyyətli təhsil mühitinin yaradılması məqsədilə ölkə üzrə tikinti, əsaslı reabilitasiya və müxtəlif növ təmir işləri aktiv şəkildə davam etdirilir.
Məktəblərdə aparılan işlərlə Gürcüstan parlamentinin üzvü Aluda Quduşauri, Kazbeqi meri Koba Qeladze, Kazbeqi bələdiyyə məclisinin sədri Zurab Zilinaşvili, Tianeti meri Levan Tsiklauri və Tianeti bələdiyyə məclisinin sədri Nikoloz Didebaşvili də tanış olublar”, – qurumun məlumatında bildirilib.

Oxşar