Qivi Mikanadze - Məktəb ictimaiyyəti, o cümlədən valideynlərlə görüşlər və onların proseslərdə iştirakı islahatın uğurla həyata keçirilməsi üçün möhkəm ilkin şərt yaradır
Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze Kobuleti Munisipalitetinin dövlət məktəblərinin şagirdlərinin valideynləri ilə görüşüb.
Qurumun məlumatına əsasən, nazir təhsil sistemi islahatlarının əsas istiqamətlərini və həyata keçiriləcək təşəbbüsləri auditoriyaya təqdim edib.
“Oxşar formatdakı görüşlərdə məktəb ictimaiyyətini islahatla bağlı məsələlərlə tanış etmək, mövcud mövqeləri, fikirləri dinləmək və bütün sualları maksimal şəkildə ətraflı cavablandırmaq imkanına malikik. Cari proseslərdə valideynlərin iştirakı islahatın uğurla həyata keçirilməsi üçün möhkəm ilkin şərt yaradır” – Qivi Mikanadze bildirib.
Nazirliyin məlumatına əsasən, görüşdə yeni məktəb formaları, dərsliklərin və proqramların yenilənməsi, infrastrukturun inkişafı və digər mühüm məsələlər müzakirə olunub. Görüş sual-cavab rejimində keçirilib və valideynlər onları maraqlandıran məsələlərlə bağlı nazirdən ətraflı məlumat almaq imkanı əldə ediblər.
Həmçinin, görüşdə təhsil, elm və gənclik nazirinin müavini Zviad Qabisonia, Acara Muxtar Respublikasının təhsil və idman naziri Maia Xacişvili, parlamentin üzvü Zaal Mikeladze, Kobuleti şəhərinin meri İrakli Tsetsxladze və yerli hakimiyyət orqanlarının digər nümayəndələri iştirak edirdilər.