Givi Mikanadze İtaliyanın fövqəladə və səlahiyyətli səfiri Massimiliano D’Antuono-nu qəbul etdi
Təhsil Nazirliyinin məlumatına görə, görüşdə tərəflər təhsil, elm və gənclər sahələrində mövcud əməkdaşlığı və onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
“Xüsusi diqqət birgə layihələrin həyata keçirilməsinə, o cümlədən gənclər düşərgələri istiqamətində əməkdaşlığa yönəldilib.
Gürcüstanda italyan dilinin tədrisinin genişləndirilməsi və ona artan maraq vurğulanıb ki, bu da iki ölkə arasında təhsil və mədəni əlaqələri daha da gücləndirir.
Həmçinin Gürcüstan və İtaliya ali təhsil müəssisələri arasında akademik və elmi əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Tərəflər Gürcüstanın vahid milli imtahanlarına italyan dilinin seçmə xarici dil kimi əlavə edilməsi imkanını da müzakirə ediblər.
Görüşün sonunda Givi Mikanadze Gürcüstan və İtaliya arasında uzunmüddətli və səmərəli əməkdaşlığa görə minnətdarlığını ifadə edib.
Öz növbəsində, Massimiliano D’Antuono əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını təsdiqləyib”, – deyə Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatında qeyd olunub.