Givi Mikanadze işgüzar səfərlə Parisə yollanıb və burada “Təhsilin Transformasiyası Sammiti” adlı beynəlxalq konfransda iştirak edəcək
Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze işgüzar səfərlə Fransa Respublikasının paytaxtı Parisə yollanıb.
Təhsil Nazirliyinin məlumatına görə, səfər çərçivəsində nazir UNESCO-nun mənzil-qərargahında keçiriləcək “Təhsilin Transformasiyası Sammiti” (Transforming Education Summit) adlı beynəlxalq konfransda iştirak edəcək.
Bununla yanaşı, Givi Mikanadze Parisdə UNESCO-nun Baş direktoru Xaled Əl-Ənani və UNESCO-nun təhsil məsələləri üzrə Baş direktorunun müavini Çen Çun ilə görüşlər keçirəcək.