Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze Gürcüstanda Braziliya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri Karlos Rikardo Martins Seliya ilə görüşüb. Bu barədə məlumatı Təhsil Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, görüşdə tərəflər iki ölkə arasında mövcud strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanlarını və birgə təhsil təşəbbüslərinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
“Givi Mikanadze Braziliya səfirinə Gürcüstanın təhsil sistemində aparılan genişmiqyaslı islahatlar haqqında məlumat verib.
Xüsusi diqqət peşə təhsili sahəsində əlaqələrin gücləndirilməsinə və gənclər sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə, o cümlədən gənclər üçün birgə layihələrin həyata keçirilməsinə yönəldilib. Görüşün sonunda tərəflər gələcək tərəfdaşlıq üçün hazır olduqlarını ifadə ediblər”, – qeyd olunub Təhsil Nazirliyinin yayımladığı məlumatda.