Gitanas Nauseda – Gürcüstanla çox sıx əlaqələrimiz var: emosional, tarixi və ənənəvi. Təəssüf ki, ölkənin Avropa İttifaqından uzaqlaşdığını görürük
Təəssüf ki, Gürcüstanda baş verənlər demokratiya və demokratik qaydalarla bağlı Avropa anlayışına uyğun gəlmir, – bunu Litva Prezidenti Gitanas Nauseda Brüsseldə, Avropa İttifaqı liderlərinin sammiti başlamazdan əvvəl bildirib.
“Mən Gürcüstanda baş verən hadisələrə görə bir qədər məyusam, çünki ölkəmdə böyük empatiya var. Litva Gürcüstandan uzaqda olsa da, bizim çox sıx əlaqələrimiz var – emosional, tarixi və ənənəvi. Təəssüf ki, Gürcüstan Avropa İttifaqına yaxınlaşmır, əksinə ondan uzaqlaşır. Onlar demokratiya qaydalarının, insan hüquqlarının və qanunun aliliyinin qorunmalı olduğunu dərk etməyənədək, düşünürəm ki, vəziyyət çox çətin olacaq. Bu, Avropa İttifaqına doğru yolda ölkənin irəliləyiş əldə edəcəyini gözləyən gürcü xalqı üçün məyusedici olacaq”, – deyə Gitanas Nauseda bildirib.