Giorgi Zakarashvili Azərbaycanın Azərbaycan Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri təyin edilib

10:49, 16.09.2026

Giorgi Zakarashvili Azərbaycanın Azərbaycan Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Giorgi Zakarashvilinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və diplomatik nümayəndəliklərdə uzunillik iş təcrübəsi var.

2021-ci ildən bu günədək o, Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də GUAM-da Gürcüstanın daimi nümayəndəsi olub. 2016-2019-cu illərdə Rusiya Federasiyasındakı İsveçrə Konfederasiyası səfirliyində Gürcüstanın maraqları bölməsində fövqəladə və səlahiyyətli elçi vəzifəsində çalışıb. 2012-2016-cı illərdə isə Gürcüstanın Ukraynadakı səfirliyində və GUAM-da Gürcüstanın daimi nümayəndəliyində fövqəladə və səlahiyyətli elçi olub.

Müxtəlif vaxtlarda Giorgi Zakarashvili Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə əlaqələr idarəsinin rəhbəri vəzifələrini də tutub.

Giorgi Zakarashviliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib”, – deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Oxşar