Giorgi Vaşadze - Tako Çarkvianinin öz strategiyası var, hamının qərarına hörmətlə yanaşıram
“Strategiya Ağmaşenebelinin” lideri, Giorgi Vaşadze Tako Çarkviani ilə bağlı bəyan edir ki, hamının qərarına hörmətlə yanaşır.
“Tako Çarkviani ilə söhbətim var idi, biz razılaşdıq ki, hamı müstəqil qərar qəbul edə bilər. O, ayrıdır, müstəqil siyasi partiyanın rəhbəridir. Onun partiyasının öz strategiyası var, mən hamının qərarına hörmətlə yanaşıram.
Bu sənədin hazırlanmasında şəxsən iştirak etmişəm və bir çox fikir qoyulub, çoxusu mənim fikrimdir. Mənim üçün bu sənəd çox qiymətli sənəddir. Bu sənəd onun əsasını yaradır ki, bizim qərbin dəstəyimiz olsun. Sabah, birisi gün bu ölkənin maliyyə yardımı olmayacaq, əgər konkret məhkəmə islahatları olmadısa.
Dəqiq olaraq bilirəm bizim qərbli partnyorlarımızla necə işləyim ki, konkret nəticəyə gedib çıxım. Mən nəticəyə yönümlüyəm, Ədliyyə Evinin nəticə durduğu kimi, mənim hyatımın prinsipi nəticədir, nəticəni görməliyəm. Bu gün mən nəticəni görürəm və buna görə, imza atmağı planlaşdırıram və kim də nəticəni görmürsə, öz yolunda uğur olsun. Buna da problemim yoxdur, lakin çalışacam ki, bu nəticəni hamıya göstərim və əminəm ki, siz də görəcəksiniz”, – Vaşadze bəyan etdi.
Tako Çarkviani hesab edir ki, Avropa Şurasının prezidenti, Şarl Mişel tərəfindən partiyalara təklif etdiyi son sənəd köklü dəyişikliklərə imkanlar yarada bilməyəcək. Elə onun dediyinə görə, əgər Giorgi Vaşadze sənədi imzalasa, “Strategiya Ağmaşenebeli” blokunu tərk edəcək.