Qiorqi Vaşadze - Biz yeni şəraitdə keçirilməli olan yeni seçkilərə hazırıq, Zurabişvili Amerikaya bu paketlə gedəcək
Biz ümumi mövqeni təmsil etməsi üçün prezident Zurabişviliyə mandat vermişik, biz yeni şəraitdə keçirilməsi mühüm olan yeni seçkilərə hazırıq, Zurabişvili Amerikaya məhz bu paketlə gedəcək – bu haqda “Birlik-Milli Hərəkat” koalisiyasının liderlərindən biri Qiorqi Vaşadze deyib.
Vaşadze vəziyyəti yalnız yeni seçkilərlə normallaşdırmağın mümkün olduğunu bildirib.
“Prinsipcə, biz ümumi mövqeni təmsil etməsi üçün prezident Zurabişviliyə mandat vermişik. Biz yeni seçkilərə hazırıq və bu, İvanişvili ilə “Gürcü Arzusu”nun gətirdiyi xaosu və qarşıdurmanı dəf etmənin yeganə yoludur. O cümlədən, bu seçkilərin yeni şəraitdə keçirilməsi çox önəmlidir. Söhbət güc strukturlarının siyasətsizləşdirilməsindən və onların bir partiyanın təzyiqindən azad edilməsindən gedir, eləcə də seçki prosedurları və Seçki Administrasiyasında dəyişikliklər vacibdir, bununla əlaqədar bizim aydın baxışımız var. Prinsipcə, biz bunu razılaşdırmışıq. Salome Zurabişvili məhz bu paketlə Amerikaya gedəcək. Əlbətdə, siyasi məhbuslar mövzusu ən mühüm məsələlərdən biridir. Son nəticədə biz onunla birlikdə vəziyyəti normallaşdırmağa hazır olduğumuzu bildirəcəyik, bu da yalnız yeni seçkilər vasitəsilə mümkündür” – Qiorqi Vaşadze bildirib.