Giorgi Vaşadze bildirib ki, amerikalı tərəfdaşlar ölkədə baş verən bütün məsələlərdən xəbərdardırlar və onlar vəziyyətlə bağlı məlumatlandırılıblar. O, qeyd edib ki, “təkcə rejimin dəyişməsi deyil, həm də münasibətlərin çox tez bərpa olunması üçün hər şeyi edəcəyik”
Giorgi Vaşadze ABŞ Dövlət katibinin köməkçisinin müavini Sonata Kolter ilə görüşdən sonra bildirib ki, amerikalı tərəfdaşlar ölkədə baş verən bütün proseslərdən məlumatlıdır və vəziyyət barədə tam xəbərdardırlar.
Onun sözlərinə görə, heç kim bu görüşləri elə təqdim edə bilməz ki, sanki ölkədə baş verən proseslər “normallaşır”.
Vaşadze qeyd edib ki, ölkədəki problemlərin həlli açarı Vaşinqtonda və Brüsseldə deyil, məhz Gürcüstandadır. O vurğulayıb ki, demokratik müxalifətin məqsədi Gürcüstanı yenidən Avroatlantik inkişaf yoluna qaytarmaq və Qərblə münasibətləri bərpa etməkdir.
Lakin onun fikrincə, hazırkı hökumət şəraitində bu mümkün deyil. Vaşadze həmçinin bildirib ki, Gürcüstanın güclü olması üçün ABŞ və Avropa kimi güclü tərəfdaşlara ehtiyac var və onlar ölkədə “rejimin dəyişməsi” və münasibətlərin tezliklə bərpası üçün çalışacaqlar.
Görüşdə Güclü Gürcüstan – Lelo, Gürcüstan üçün Qaxaria və “Müxalifət Alyansı”nın liderləri iştirak ediblər. Həmçinin ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Alan Purcell də görüşdə olub.