Giorgi Tevdoradze - Kutaisidə VMH ofisinin yerləşdiyi bina, mədəni irs abidəsidir və onun zədələnməsi cinayətdir
Bu presedentsiz və məsuliyyətsiz fakt idi, – “Gürcü Arzusu” tərəfdarlarının Kutaisidə keçirdiyi aksiyaya birləşmiş müxalifətin üzvü, Giorgi Tevdoradze bu cür əks səda verdi.
Onun dediyinə görə, partiyanın ofisinin yerləşdiyi bina, mədəni irs abidəsidir və onun zədələnməsi cinayətdir. Tevdoradzenin dediyinə görə, yumurtalar və boyaların atılmasından sonra, bina zədələndi. Elə onun məlumatına görə, faktın araşdırılması məqsədi ilə artıq hüquqmühafizəçilərə müraciət etdilər.
Kutaisidə, Tamar Mepe küçəsində yerləşən “”Milli Hərəkatın” ofisi qarşısında “Gürcü Arzusu” tərəfdardarlarının etiraz aksiyası keçirildi. Aksiya iştirakçıları ofisə süpürgə və yumurtalar atdılar.