Giorgi Şarvaşidze Gürcüstanın Ermənistandakı səfiri təyin edildi
Giorgi Şarvaşidze Gürcüstanın Ermənistandakı səfiri təyin edildi

Tbilisi Dövlət Universitetinin keçmiş rektoru, Giorgi Şarvaşidze Gürcüstanın Ermənistandakı səfiri təyin edildi.

Gürcüstanın Ermənistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili görüşdü.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, hökumət başçısı diplomatı yeni vəzifəsi münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulası.

Qeyd olundu ki, Gürcüstan Respublikası ilə Ermənistan Respublikasını sıx dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir və gələcəkdə müxtəlif sahələrdə fəal əməkdaşlığa ümid ifadə olundu.

Giorgi Şarvaşidze müxtəlif illərdə Təhsil və Elm Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin birinci müavini işləyirdi. Elmi-pedaqoji fəaliyyətlə məşğul idi. 2016-2022-ci illərdə Tbilisi Dövlət Universitetinin rektoru idi. Bundan başqa, 2004-2013-cü illərdə Budapeştdə Açıq Cəmiyyət İnstitutunda Akademik Dəstək Proqramının direktoru vəzifəsində çalışırdı.

Giorgi Şarvaşidze pedaqoji elmlər namizədi, Avropa Akademiyasının həqiqi üzvü, orden ilə təltif edilmişdir. Monoqrafiyaların və elmi məqalələrin müəllifidir.