Giorgi Quqava - Avropa bizə xüsusi diqqət ayırır, xüsusi nümayəndə göndərilib və ümid edirik onun mediasiyası şəraitində böhranın səngiməsi mümkün olacaq
Əsas nəyi dedilərsə odur ki, ölkədə ağır böhrandır, ölkə Avropa inkişafı yolundan uzaqlaşıb, dövlət institutları dağılıb, siyasi təqib həyata keçirilir, ölkədə qanunun aliliyi, ədalət yoxdur və bundan irəli gələrələr bizi təhlükə hədələyir ki, qərb dəstəyini itirək və Rusiya üçün asan yem olaq, – bu barədə “Leyboristlər Partiyasının üzvü, Giorgi Quqava bəyan etdi.
Onun dediyinə görə, Avropa Gürcüstanda yaranan vəziyyətə xüsusi diqqət ayırır.
“Ümidvarıq ki, danışıqlara gələcəklər və danışıqlar siyasi məhbusların azad olunması və yeni seçkilərin keçirilməsi ilə başa çatacaq ki, ölkə xilas olsun, çox ağır iqtisadi durum düzəlsin. Danielsonun gəlməsi deməkdir ki, Avropa bizə xüsusi diqqət ayırır, ölkədə yaranmış böhran yüksək keyfiyyətə qaldırılıb, buna görə xüsusi nümayəndə göndərilib və ümid edirik onun mediasiyası şəraitində böhranın səngiməsi mümkün olacaq”, – Quqava bəyan etdi.