Giorgi Qaxariya - seçkilər sakit, demokratik mühitdə keçiriləcək, pandemiya ona maneəçilik törədə bilməyəcək
Gürcüstanın baş naziri, Giorgi Qaxariyanın bəyan etdiyinə görə, hakimiyyətin məqsədidir ki, seçkilər sakit, demokratik mühitdə keçirilsin və bu belə də olacaq.
Elə onun dediyinə görə, pandemiya seçkilərə maneəçilik törədə bilməyəcək. Giorgi Qaxariya xüsusilə qeyd etdi ki, yoluxma hallarının artması gözlənilirdi və əhalini qaydaların müdafiəsinə çağırdı.
“Mən müxalifətin şanslarını necə dəyərləndirə bilərəm, bu ümumiyyətlə mənim işim deyil. Bildiyiniz kimi, seçkilər daha yeni, daha demokratik prinsiplərlə keçiriləcək. Buna görə, məqsədimizdir ki, seçkilər dinc, sakit, demokratik, açıq mühitdə keçirilsin və bu belə də olacaq.
Pandemiya seçkilərə maneəçilik törədə bilməyəcək. Bildiyiniz kimi, həmişə deyirdik ki, ikinci dalğa olacaq, bu ki, yenilik deyil. Həmişə deyirdik ki, adi qaydaları qoruyaq”, – Qaxariya bəyan etdi.