Giorgi Qaxariya - pensiya islahatı ölkədə sosial sabitliyin, eləcə də iqtisadiyyat üçün uzunmüddətli islahatın təməl daşıdır
Pensiya islahatı ölkədə sosial sabitliyin, eləcə də iqtisadiyyat üçün uzunmüddətli islahatın təməl daşıdır, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya jurnalistlərə mövzunu şərh edərkən bəyan etdi.
Onun dəyərləndirməsinə görə, Levan Surquladze ilkin mərhələdə öz funksiyalarını kifayət qədər yaxşı yerinə yetirdi, vəzifəsini isə, şəxsi qərarı ilə tərk etdi.
“Onun şəxsi qərarı barəsində şərh verə bilmərəm. Bu insan dedi ki, getmək istəyirəm, güclə işlədə bilməzdik ki? Özü də söz verdi ki, dua edəcək”, – baş nazir bəyan etdi.
Pensiya Agentliyi direktoru, Levan Surquladze qəyyumlar şurasına vəzifəsini tərk etməsi barəsində müraciət etdi. Surquladze bəyan edir ki, Pensiya Agentliyində öz missiyasını başa çatdırdı.