Giorgi Qaxariya növbəti qarşıdurmanın baş verdiyi Pankisi dərəsinə yola düşdü
Daxili İşlər naziri, Giorgi Qaxariya növbəti qarşıdurmanın baş verdiyi Pankisi dərəsinə yola düşdü.
Telavidə keçirilən görüşü aksiya iştirakçıları tərk etdilər. Birkiani kənd sakinləri qeyd olunan qərarı, Pankisi dərəsində aksiya iştirakçıları və xüsusi təyinatlı dəstənin üzvləri arasında qarşıdurmanın baş verməsindən sonra qəbul etdilər.
Pankisi dərəsində yerli əhali və xüsusi təyinatlı dəstə üzvləri arasında növbəti qarşıdurması nəticəsində bir neçə nəfər, o cümlədən jurnalistlər xəsarət aldılar.
Yerli əhali Pankisi dərəsində SES-in tikintisi üzrə işləyən traktora maneçilik tərətməyə cəhd göstərdi. Aksiya iştirakçıları xüsusi təyinatlı dəstə üzvlərini daşqalaq etdilər. Hüquqmühafizəçilər onlara qarşı gözyaşardıcı qazdan istifadə etdi.