Giorgi Qaxariya – narkotestlə bağlı tezliklə maraqlı məlumat verəcəm və ilk növbədə bunu jurnalistlər qarşısında edəcəm

21:03, 10.09.2021

Təssüflər olsun, bəziləri üzbəüz debatlarda oturmaq qorxusuyla bankalarla gəzməyə başladılar və mənim buna vaxtım yoxdu, – bu barədə “Gürcüstan üçün” partiysının lideri, Tbilisi merliyinə namizəd, Giorgi Qaxariya narkoloji testlə bağlı jurnalistlərin sualına cavab olaraq bəyan etdi.

Onun dediyinə görə, testlə bağlı jurnalistlərə tezliklə maraqlı malumat çatdıracaq.

“Bu bankalarla gəzməkdənsə, üzbəüz oturmağımız və ölkə, şəhər, planlar və inkişaf barəsində danışmağımız daha yaxşı olardı. Bu da təbliğat maşını ilə nəticələndi. Kim də bu şəhərdə anadan oldusa, hamı yaxşı bilir ki, heç nə gizli qalmır. Buna görə, onun əvəzinə ki, bankalarla yüyürək, birbaşa deyək üzbəüz oturmaq istəmirik. Narkotestlə bağlı tezliklə maraqlı məlumat verəcəm və ilk növbədə bunu jurnalistlər qarşısında edəcəm”, – Qaxariya bəyan etdi.

 

Oxşar