Giorgi Qaxariya komandasının yeni üzvünü, Konstitusiya Məhkəməsinin keçmiş sədrini, Zaza Tavadzeni təqdim etdi
Giorgi Qaxariya bölgələri səfərini davam etdirir. Bu gün Zestaponidə yeni bölgə ofisini açdı və komandanın yeni üzvünü, Zaza Tavadzeni təqdim etdi.
“Bizim üçün əhəmiyyətli gündür, bu gün Zestaponidə yalnız ofisimizi deyil, hesab edək ki, hamımızın evini açırıq. Ən əhəmiyyətlisi odur ki, çox layiqli Zestaponili ilə birlikdəyik. Zaza yalnlz bu bölgəni deyil, bütün Gürcüstanı layiqincə təmsil edirdi. Hamımız xatırlamalıyıq ki, Zaza Tavadze ən böyük vəzifələrdən birini tuturdu”, – Giorgi Qaxariya bəöyan etdi.
Zaza Tavadze 2016-cı ildən 2020-ci ilin oktyabrına qədər Gürcüstan Konstitusiya Məhkəməsinin sədri idi.
O, hüquqşunasdır, professor və hazırda Vüsburqun İulius-Maksimilian Universitetində doktorantdır.
Məlumatı “Gürcüstan üçün” partiyasının mətbuat xidməti yayır.