Giorgi Qaxariya Kembric və London Universitetlərinin aparıcı ekspertləri ilə Gürcüstanın iqtisadi böhranın sürətlə çıxması planı üzrə işləyir
Giorgi Qaxariya Kembric və London Universitetlərinin aparıcı ekspertləri ilə Gürcüstanın iqtisadi böhranın sürətlə çıxması planı üzrə işləyir

Gürcüstan hökuməti yüksək səviyyəli ekspertlərdən komplektləşdirilmiş konsultasiya qrupu ilə birlikdə böhrandan sonrakı iqtisadi plan üzrə fəal işləyir.

Məlumatı hökumət administrasiyasının mətbuat xidməti yayır.

Elə onların məlumatına görə, böhrandan sonrakı iqtisadi plan Gürcüstanın qalobal pandemiyanın başa çatmasından sonra, dünya iqtisadi xəritəsində uğurlu mövqenin tutulmasının nə cür bacarılmasını, hökumətin böhrandan sonrakı müddətdə iqtisadiyyatın sürətlə artırılması üçün, rəqabət qabiliyyətinin və yoxsulluğun aradan qadırılması istiqaməti ilə hansı addımların atılmasını əhatə edir.

Baş nazir, Giorgi Qaxariya video konfrans formatında iqtisadi siyasət istiqamətilə Kembric və London Universitetlərinin aparıcı ekspertləri ilə – Ha Cun Çanq, Kristofer Kramer və Conatan Di Cons ilə işçi görüş keçirdi.

Video-konfransda baş nazirin iqtisadiyyat məsələləri üzrə məsləhətçisi, Beka Liluaşvili iştirak edirdi.