Giorgi Qaxariya - Gürcüstanın hər bir vətəndaşını, xaricdə yaşayan həmvətənlimizi, abxaz və osetin qardaşlarımızı, birlikdə ölkəmizin qurulması inamı ilə təbirik edirəm
Böyük şərəfdir ki, imkanımız var bu gün buradan vətəndaşlarımızı 26 may münasibəti ilə təbrik edək, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya Vaziani mexanikləşdirilmiş briqadanın bazasında bəyan etdi. Burada Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş bayram mərasimi keçirildi.
“102 il öncə, Milli Şura müstəqillik aktını qəbul etdi və bununla ölkənin sonrakı işkişafı üçün mühüm addım atdı. Gürcüstan tarixində bu günkü gün əhəmiyyətli gündür.
Hər bir gürcünü, Gürcüstanın hər bir vətəndaşını, xaricdə yaşayan həmvətənlimizi, abxaz və osetin qardaşlarımızı, birlikdə ölkəmizin qurulması inamı ilə, 26 may münasibətilə təbirik edirəm”, – Qaxariya bəyan etdi.
Qaxariya həmçinin, Müstəqillik Günü münasibətilə, bu günki günü sülh missiyalarında iştirak edən hərbçiləri xüsusilə təbrik etdi.