Gürcüstanın baş naziri, Giorgi Qaxariya Gürcüstanda Bolqarıstanın səfiri, Desislava İvanova ilə görüşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət başçısı Bolqarıstan hökumətinə qlobal pandemiya dövründə göstərilmiş humanitar yardım və dətək üçün təşəkkürünü bildirdi. Söhbət vaksinasiya məsələsinə aid oldu.
Baş nazir qeyd etdi ki, kovak platformasına paralel olaraq, Gürcüstan hökuməti partnyor dövlətləri ilə fəal işləyir ki, ölkə vaksini olduqca tezliklə alsın və bu baxımından Bolqarıstanın dəstəyini alqışlayır.
Qara Dəniz təhlükəsizliyi əhəmiyyətinə xüsusi diqqət yetirildi. Həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıq xüsusilə qeyd olundu.
Qeyd edildi ki, pandemiyadan sonrakı dövrdə birgə səylərin davam etdirilməsi önəmlidir ki, mövcud pozitiv dinamika daha da dərinləşdirilsin.
Hökumət başçısı bolqar diplomatına iki ölkə arasında partnyorluğun inkişaf etirilməsinə daxil etdiyi şəxsi töfhəsi üçün minnətdarlığını bilıdirdi.
Giorgi Qaxariya qeyd etdi ki, Gürcüstan hökuməti Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, Avropa və Avroatlantik strukturlarına inteqrasiyası cəhdlərinə qarşı Bolqarıstanın dəstəyini dəyərləndirir.