Giorgi Qaxariya - epidemioloji göstərici dörd faizdən aşağı enən kimi, hər şey edilməlidir ki, tədris müəssisələri fəaliyyətlərinə başlasınlar
Gürcüstan hökumətinin növbəti atmalı olacağı addım, təhsil və ilk növbədə ibtidai təhsil müəssisələrinin açılmasıdır, – bu barədəGürcüstanın baş naziri, Giorgi Qaxariya idarələrarası koordinasiya şurasının iclasında bəyan etdi.
Onun dediyinə görə, epidemioloji göstərici dörd faizdən aşağı enən kimi, hər şey edilməlidir ki, tədris müəssisələri fəaliyyətlərinə başlasınlar.
“Çox yaxşı başa düşürük, məktəb şagirdləri və onların valideynlərinin uzun müddətlə evdə oturmaqları və fiziki olaraq sinif otaqlarında olmamaqları nə deməkdir. Epidemioloji göstərici dörd faizdən aşağı enən kimi, hər şey edilməlidir ki, tədris müəssisələri fəaliyyətlərinə başlasınlar”, – Giorgi Qaxariya bəyan etdi.