Giorgi Qaxariya baş nazir vəzifəsində ilk görüşünü Avropa və Avrasiya məsələləri üzrə ABŞ dövlət katibinin köməkçisi vəzifəsini yerinə yetirən ilə keçirdi
Amerika Birləşmiş Ştatları ilə strateji partnyorluğun daha da dərinləşdirilməsi, ölkənin Avropa və Avroatlantik strukturlarına inteqrasiyası bizim xarici siyasətimizin prioritetidir, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya Avropa və Avrasiya məsələləri üzrə ABŞ dövlət katibinin köməkçisi vəzifəsini yerinə yetirən, Filipp Riker ilə görüşü zamanı bəyan etdi.
Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, hökumət başçısı vəzifəsində keçirilən ilk rəsmi görüşündə Giorgi Qaxariya Gürcüstan-ABŞ əlaqələrinin bütün əsas istiqamətlərinə xüsusi diqqət yetirdi.
Elə onların məlumatına görə, Amerika tərəfindən Gürcüstan-ABŞ strateji əməkdaşlığının gücləndirilməsi və daha da dərinləşdirilməsi vacibliyi qeyd olundu.
Görüş zamanı söhbət bölgədə olan duruma və Gürcüstanın işğal olunmuş ərazilərində təhlükəsizlik və humanitar baxımından mövcud olan ağır duruma aid oldu. Filipp Riker son zamanlar işğal xəttində inkişaf edən hadisələr və qondarma borderləşdirmə prosesi ilə bağlı narahatlığını ifadə etdi.