Giorgi Qaxariya Asiya İnkişaf Bankı nümayəndəliyinin direktoru ilə görüşdü
Gürcüstanın baş naziri, Giorgi Qaxariya Asiya İnkişaf Bankı nümayəndəliyinin direktoru, Yeşim Elhan-Kayalar ilə görüşdü.
Maliyyə təşkilatının yaydığı məlumata görə, söhbət Asiya İnkişaf Bankının Gürcüstan ilə əməkdaşlığının yeni, 2019-2023-cü ilin strategiyasına aid idi.
Asiya İnkişaf Bankı Gürcüstan ilə 2007-ci ildən əməkdaşlıq edir və ölkənin inkişafı üçün 2.8 milyard dollardan artıq vəsait ayırıb.
Asiya İnkişaf Bankı (ADB) Gürcüstan ilə əməkdaşlığın yeni strategiyasını avqustun 23-də təsdiq etdi.