Giorgi Qaxariya - artıq qərar verilibdir ki, mədəniyyət və idman istiqaməti Təhsil Nazirliyindən ayrılacaq
Mədəniyyət Nazirliyinin ayrıca ayrılması barəsində çox müzakirə apardıq və qərar qəbul olunub, – bu barədə Gürcüstanın baş nazirliyinə namizəd, Giorgi Qaxariya parlamentin iclasında bəyan etdi.
Qaxariyanın qeyd etdiyinə görə, mədəniyyət və idman istiqaməti Təhsil Nazirliyindən ayrılacaq.
“Bu proses hüquqi prosedurlardan asılıdır. Düşünürəm bu fevral ayında artıq uzanmayacaq”, – Qaxariya bəyan etdi.