Giorgi Qaxariya - Anakliya dərin su limanına məsuliyyətli, ciddi, özəl investorlar lazımdır ki, hansı da təəssüflər olsun yoxumuzdur
Biz həmişə deyirdik və bir daha təkrar edəcəm, Anakliya heç bir fiziki şəxsə məxsus deyil. Anakliya, bir dərin su limanı kimi, bir layihə kimi, ölkənin inkişafına məxsusdur və hamı ölkə üçün əhəmiyyətli layihələrə biraz daha artıq məsuliyyətlə yanaşmalıdır”, – baş nazir Giorgi Qaxariya bəyan edir.
Baş nazirin dediyinə görə, Anakliya layihəsi ilə bağlı dövlət bütün öhdəliklərini yerinə yetirirdi və yetirir.
“Anakliya layihəsi ilə bağlı həmişə deyirdim ki, onun uğurla həyata keçirilməsi üçün məsuliyyətli, ciddi, investorlar lazımdır. Biz deyirik ki, Anakliya layihəsi ilə bağlı dövlət bütün öz öhdəliklərini yerinə yetirirdi və yerinə yetirir. Anakliya dərin su limanına məsuliyyətli, ciddi, özəl investorlar lazımdır ki, hansı da təəssüflər olsun yoxumuzdur. Anakliya layihəsinin problemi budur”, – baş nazir bəyan etdi.
“Lelo” ictimai hərəkatının rəhbəri, Mamuka Xazaradze dünən mediavasitələrinin birinin birbaşa efirində bəyan etdi ki, İnfrastruktur naziri, Maya Tskitişvili Britaniyalı investorlara Anakliya limanının tikintisinin maliyyələşdirilməsinə rədd cavabı verdi və hakimiyyət istəmir ki, layihə həyata keçirilsin.