Giorgi Qaxariya abituriyentlərə müraciət edir - siz bizim gələcəyimizsiniz və sizin təhsiliniz Gürcüstanın irəliləyişinin qarantıdır
Gürcüstanın baş naziri, Giorgi Qaxariya abituriyentlərə Vahid Milli İmtahanlarda uğurlar arzulayır.
“Bu gün Vahid Milli İmtahanlar başladı. Gənclər, sizə uğurlar arzulayıram! Bu sizin həyatınızda, öz gələcəyinizi müəyyənləşdirərkən əhəmiyyətli və yeni mərhələlərdən biridir. Əminən bu çağırışın öhdəsindən uğurla gələcəksiniz. Siz bizim gələcəyimizsiniz və sizin təhsiliniz Gürcüstanın irəliləyişinin qarantıdır”, – Giorgi Qaxariya öz “feysbuk” sosial şəbəkəsində yazır.
Vahid Milli İmtahanlar bu başladı. Gürcüstan miqyası ilə açılan 24 imtahan mərkəzində abituriyentlər imtahanları bu gün gürcü dili və ədəbiyyatından verirlər.
İmtahan mərkəzlərinsə qeydiyyat saat 08:00-da, imtahan isə, saat 09:00-da başladı. Abituriyentlər qeydiyyatdan məsafənin müdafiəsi ilə keçdilər. Mərkəzlərə daxil olana qədər onlara termoskrininq edildi.