Giorgi Mikautadze - müsabiqə rəqabətdir və ən yaxşısının seçilməsi baş verir, hakimlik və həyat yoldaşı fəaliyyəti ilə heç cür əlaqə axtarıla bilməz
Müsabiqə rəqabətdir və ən yaxşısının seçilməsi baş verir, müvafiq olaraq, hakimlik və həyat yoldaşı fəaliyyəti ilə heç cür əlaqə axtarıla bilməz, – bu barədə Ali Ədliyyə Şurasının katibi, Giorgi Mikautadze bəyan etdi.
Mikautadzenin qeyd etdiyinə görə, Ədliyyə Şurasının hakim olmayan üzvləri tərəfindən ifadə olunan fikirlər yalandır.
“Bu prosedur uzunmüddətlidir, üç hakim və üç hakim olmayan üzv hər bir namizədi bütün üç il ərzində dəyərlədirir. Müvafiq nəticələr çıxarır, sonra xallarla dəyərləmndirmə baş verir, bunun əsasında da qərar verəcəyik. İfadə olunan fikirlərə gəldikdə, yalandır və ictimaiyyəti səhvə salmağın daha bir cəhdidir. Bu namizədlər müsbət xallarla dəyərləndiriliblər. Müsabiqə rəqabətdir və ən yaxşısının seçilməsi baş verir, müvafiq olaraq, hakimlik və həyat yoldaşı fəaliyyəti ilə heç cür əlaqə axtarıla bilməz”, – Mikautadze bəyan etdi.
Ali Ədliyyə Şurasının iclasında 2017-ci ildə üçillik sınaq müddəti ilə təyin edilmiş hakimlərlə söhbətləşmə aparılır.
Şuranın hakim olmayan üzvlərində namizədlərdən biri, Nino Mamulaşvilinin seçilməsi suallar yaradır.
Onların bəyan etdiyinə görə, Mamulaşvili Parlamentin üzvü, David Matikaşvilinin həyat yoldaşıdır.