David Matikaşvili bəyan edir ki, deputat mandatının dayandırılması qərarı diskresiyalı qəbul olunacaq və məsləhətləşmələr də aparılacaq
David Matikaşvili bəyan edir ki, deputat mandatının dayandırılması qərarı diskresiyalı qəbul olunacaq və məsləhətləşmələr də aparılacaq

Parlament çoxluğunun üzvü, David Matikaşvili bəyan edir ki, müxalifətçilərin deputat mandatının dayandırılması barəsində deputatların qərarı diskresiyalı qəbul olunacaq və məsləhətləşmələr də aparılacaq.

“Qirçinin” mövqeyinı başa düşürəm, çünki parlament resursu bütün siyasi qruplar tərəfindən maksimal olaraq istifadə olunmalıdır. Müxalif partiyaları buna doğru beynəlxalq tə.kilatlar, diplomatlar çağırırlar. Bu məsələ üzrə deputatların qərarı diskresiyalı qəbul olunacaq və məsləhətləşmələr də aparılacaq. Deputat düyməni basaraq qərar qəbul edir, öz qərarını verir, lakin çoxluqda konsultasiyaların mübadiləsi də baş verir”, – Matikaşvili bəyan etdi.

“Qirçi” bu gün sosial şəbəkədə bəyanat yaydı ki, “Gürcü Arzusu” həmkarıların səlahiyyətini dayandırsa, “Qirçinin” hazırkı millət vəkilləri də səlahiyyətlərinin dayandırılması barəsində ərizələrini dönmədən təhvil verəcəklər.

Gürcüstan Parlamenti 51 müxalifətçi deputatın deputat səlahiyyətinin dayandrılması barəsində cari həftə müzakirə aparacaq. 51 müxalifətçi deputatın məsələsi 2 fevral plenar iclasında müzakirə olunacaq və səsə qoyulacaq. Halbuki, onaq qədər “Gürcü Arzusu” fraksiyasında iclas keçiriləcək. Burada hakim komanda öz mövqeyini formalaşdıracaq – azad səsvermə keçirilsin yoxsa “Gürcü Arzusu” səsvermədə komanda mövqeyi ilə tıqdim olunsun.