Giorgi Mğebrişvili - Çuberi kəndində duruma nəzarət olunur və bu mərhələdə fəlakətin təkrar olunması təhlükəsi mövcud deyil
Çuberi kəndində duruma nəzarət olunur və bu mərhələdə fəlakətin təkrar olunması təhlükəsi mövcud deyil, – bu barədə Fövqəladə Hallar İdarəsi Xidmətinin rəhbəri, Giorgi Mğebrişvili bəyan etdi.
Fövqəladə Hallar İdarəsi Xidməti rəhbərinin dediyinə görə, hadisə yerinə bütün müvafiq xidmət səfərbər olunmuşdu və əhalini təhlükə hədələmir.
Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatına görə, Giorgi Mğebrişvili fəlakət zonasında bütün risk zonalı hissələri gözdən keçirdi. Çuberi kəndində əhalinin təxliyyəsi planlaşdırılmır.
Yağışlara görə, Çuberi kəndində dağın hissəsinin çökməsi, Nenskra çayının daşmasına səbəb oldu. Çuberi kəndi və bir neçə qəsəbə ətraf mühitdən təcrid olunub.