Giorgi Marqvelaşvili Rusiyada baş verən aviaqəzaya görə kədərləndiyini ifadə edir
Gürcüstan prezidenti, Giorgi Marqvelaşvili Rusiyada baş verən aviaqəzaya görə kədərləndiyini ifadə edir və həlak olanların ailələrinə başsağlığı verir.
Giorgi Marqvelaşvili başsağlığı mətnini öz “feysbuk” səhifəsində yayır.
“Onlarla dinc vətəndaşın həlak olmasına səbəb olan, Rusiya sərnişin təyyarəsinin qəzaya uğramasına görə kədərləndiyimi ifadə edirəm. Rus xalqına başsağlığını verirəm və bu ağır dəqiqələrdə həlak olanların ailələrinə həmrəyliyimi ifadə edirəm”, – Gürcüstan prezidentinin bəyanatında deyilir.
Xatırladaq ki, Domodedova aeroportundan Orska gedən təyyarə Podmoskoviyedə qəzaya uğradı. Göyərtədə 71 insan var idi. Mətbuatın məlumata görə, onların hamısı həlak oldu.