Giorgi Marqvelaşvili - ikili vətəndaşlığın alınması qaydasının asanlaşdırılmasını alqışlayıram
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ikili vətəndaşlığın alınması qaydasının asanlaşdırılmasını alqışlayır. Bu barədə Giorgi Marqvelaşvili diaspor gününə həsr olunmuş forumda, nitqlə çıxış edərkən bəyan etdi.
Prezidentin qeyd etdiyinə görə, bu mərhələdə ikili vətəndaşlığın alınması prossedurlarına görə prosses kifayət qədət uzun müddətlidir.
Giorgi Marqvelaşvili bəyan etdi ki, hazırda parlamentdə ikili vətəndaşlığın alınması qaydasının asanlaşdırılması üzrə müzakirələr aparılır və o, bu normanın liberallaşdırılmasını alqışlayır.
Tbilisidə, Gürcüstan Xarici İşlər Nazirliyinin təşkilatşılığı ilə, “Güclü diaspor vahid Gürcüstan üçün” adlı gürcü diaspor forumu keçirilir. Forum İlk Demokratik Respublikanın yaradılmasının 100 illik yubileyinə həsr olunur.