Giorgi Marqvelaşvili İctaimai Yayımçının Qəyyumlar Şurasının üzvləri ilə görüşəcək
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili İctimai Yayımçının Qəyyumlar Şurasının üzvləri ilə görüşəcək.
Bu günki görüşdə müzakirə olunacaq mövzu “Yayımlar haqqında” qanunlayihədir.
Prezidentin görüşü saat 17:00 üçün təyin olunub.
“Yayımlar haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı, Gürcüstan prezidenti İctimai Yayımçının İcraçı Şurasının üzvləri ilə bir neçə gün bundan əvvəl görüşdü. Buna qədər prezident administrasiyasında mediya və QHT bölməsinin nümayəndələri ilə görüş keçirildi.
“Yayımlar haqqında” qanunvericilik zərfini Gürcüstan parlamenti, 85 leyhinə, 6 əleyhinə olaraq dekabrın 14-də təsdiq etdi.