Giorgi Marqvelaşvili - ədalət, öncəki hakimiyyət zamanı siyasi əlamətlə təqibi həyata keçirənin əlində olmamalıdır
Ədalət öncəki hakimiyyət zamanı siyasi əlamətlə təqibi həyata keçirən isnanların əlində olmamalıdır, – bu barədə Gürcüstan prezidenti, Giorgi Marqvelaşvili bu günki brifinqdə bəyan etdi. Burada parlament çoxluğunun, üzdəniraq “Qirqvlianinin düzəlişləri” adlanan qanunvericilik təşəbbüsü barəsində söhbət etdi.
Prezidentin dediyinə görə, sistemli cinayət imkanlarını aradan qaldıran qanunvericilik dəyişiklikləri həmişə onun marağında olub.
“Gürcü Arzusu” fraksiyası yeni qanunvericilik zərfi üzrə işləmə başlayır. Mamuka Mdnaradze onu “Qirqvlianinin düzəlişləri” adlandırdı.
Mamuka Mdnaradzenin bu gün keçirilən brifinqdə bəyan etdiyinə görə, “Gürcü Arzusu” ictimaiyyət qarşısında özünü borclu hesab edir ki, Qirqvliani və başqa işlər üzrə yalnız ədalətin yerinə yetirilməsi deyil, həmçinin Qirqvlianinin işinin residivinin təkrarlanmaması üçün siyasi və hüquqi bariyerlər yaradılsın.