Giorgi Marqvelaşvili - Avropada iqtidar partiyalarının liderləri baş nazirlərdir, müvafiq olaraq da, baş nazir Bidzina İvanişvili olmalıdır
Giorgi Kvirikaşvili dünən baş nazir vəzifəsindən istefa eədrkən bəyan etdi ki, partiya sədrinə, yəni Bidzina İvanişviliyə itqtidar dəstəsini özü istədiyi kimi komplektləşdirməyə imkan verilməlidir, – bu sözləri Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Batumidə, “Gürcüstanın Avropa yolu” adlı forumda çıxış edərkən dedi.
Prezident hesab edir ki, qeyd olunan proses hərkəs üçün daha açıq və daha aydın olmalıdır.
“Məncə, ictimaiyyət bilməlidir, nəyə görə müvəffəqiyyətli baş nazirlər bir-birə vəzifələrini tərk edirlər və yeni baş nazirlər hansı prinsiplə və hansı meyarlara əsasən, seçilirlər” – dedi prezident.
Giorgi Marqvelaşvili bu prosesi maskarad adlandırdı və bəyan etdi ki, baş nazir Bidzina İvanişvilinin özü olmalıdır.
“Bu maskarad başa çatmalıdır. Bu prosesi artıq xarici partnyorlarımız da anlaya bilmirlər. Əgər Avropa dövləti kimi formalaşmaqdan danışırıqsa, onda partiyanın sədri özü gəlsin baş nazir olsun.
Yoxsa da, baş nazirlərin nəyə görə, qəflətən istefa vermələrinin və yeni baş nazirlərin seçilməsi prinsipinin bir açıqlaması olmalıdır” – dedi prezident.