Giorgi Marqvelaşvili Ali Məhkəmənin yeni sədr namizədinin seçilməsi ilə bağlı məsləhətləşmələrə başlayır
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili bəyan edir ki, Ali Məhkəmənin yeni sədr namizədinin seçilməsi ilə bağlı məsləhətləşmələrə bazar ertəsindən başlayacaq.
Bu barədə bəyanatı Giorgi Marqvelaşvili bugün keçirdiyi brifinqdə verdi.
Giorgi Marqvelaşvili qeyd etdi ki, məhkəmə sistemində ali vəzifəli şəxs tərəfindən vəzifəsinin tərk edilməsi çox vacib məsələdir və bu qərardan öncə baş verən hadisələrə baxsaq, vəziyyət daha da çətin görünür.
“Məhkəmə sisteminin ağır vəziyyətdə olduğu artıq çoxdan məlumdur və vəziyyətin sağlamlaşdırılması əsas çağırışlarımızdan biridir. Bazar ertəsindən bu məsələ ilə bağlı geniş konsultasiyalara başlayacağıq, hansında ölkəmizin Ali Məhkəməsinin yeni sədrinin seçilməsində yardım etmək istəyən hərkəs iştirak edə bilər” – dedi Giorgi Marqvelaşvili.
Gürcüstanın Ali Məhkəməsinin sədri Nino Qvenetadzenin istefası barədə məlumatı Əli Məhkəmənin mətbuat katibi bugün yaydı.