Giorgi Kvirikaşvilinin fövqəladə bəyanatı - faciədə günahkar olanın hamısı cəzalandırılacaqdır
Giorgi Kvirikaşvilinin fövqəladə bəyanatı - faciədə günahkar olanın hamısı cəzalandırılacaqdır

Faciədə günahkar olanın hamısı cəzalandırılacaqdır – bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin, Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğından sonra yaydığı bəyantda deyilir.

“İlk növbədə, bu ən ağır dəqiqələrdə, Batumidə, yanğın nəticəsində həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verirəm. Bu mərhələdə yanğın söndürülübdür və xəsarət alanlar tibb müəssisələlərinə yerləşdiriliblər. Onların həyatı təhlükədə deyil. Xilasedici-yanğınsöndürənlər ən çətin şəraitdə yüzdən artıq insanın həyatını xilas etdilər. Onların hər birinə fədakarlıqlarına görə, minnətdarlığımı bildirirəm.

Baş verənlər üzrə istintaqa başlanıb. Hər bir müvafiq xidmət səfərbər olunubdur ki, yanğına nəyin səbəb olması ən qısa müddətdə müəyyənləşdirilsin. Faciədə günahkar olanın hamısı cəzalandırılacaqdır. Bu gün biz hamımız həlak olanların ailələri və yaxınlarının yanındayıq”,- baş nazir bəyan edir.

İlkin məlumata görə, Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində 11 nəfər həlak olub.

Batumidə vətəndaşlar üçün qaynar xətt fəaliyyət göstərir: 595 950 925.