Baş nazir, Giorgi Kvirikaşvilinin rəhbərliyi ilə, Gürcüstan nümayəndə heyəti martın 2-də, birgünlük rəsmi səfərlə Ermənistana səfər edəcək.
Hökumət administrasiyası mətbuat xidmətinin məlumatına görə, baş nazir Ermənistan Respublikasının hökumət başçısı, Karen Karapetyanla təkbətək görüşəcək, bundan sonra danışıqlar genişləndirilmiş formatda davam edəcək.
Rəsmi görüş çərçivəsində, Giorgi Kvirikaşvilinin Ermənistan Respublikası prezidenti, Serj Sarkisyan ilə təkbətək görüşü olacaq.
Baş nazirin Ermənistana rəsmi səfəri 2017-ci ilin dekabrında planlaşdırılırdı, lakin Gürcüstan hökumətinin yeniləşdirilmiş tərkibinə qarşı parlamentin etimadının bəyan edilməsi prosedurlarına görə təxirə salındı.