Giorgi Kvirikaşvili - Kaxetiyə aeroport lazımdır və dəmiryolunun bərpası haqqında düşünmək lazımdır
Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvilinin bəyanatına görə, Kaxetiyə ayrıca aeroport lazımdır.
Bununla yanaşı, Giorgi Kvirikaşvilinin “Akhasheni Wine Resort” mehmanxanasının açılışında bəyan etdiyinə görə, Kaxetidə mövcud dəmiryolunun bərpası vacibdir.
“Düşünürəm Kaxetiyə ayrıca aeroportun lazım olduğu mərhələyə gəlib çıxmışıq. Məncə mövcud olan dəmiryolu ən bəyük varlığımızdır. Yeni dəmiryolunun çəkilişinə böyük miqdarda pul lazımdır. Kaxeti istiqamətinə dəmiryolu mövcuddur. Hökumət mütləq düşünməlidir ki, bu dəmiryolu bərpa olunsun. Turizm dəmiryolsuz təsəvvür edilməzdir”, – Giorgi Kvirikaşvili bəyan etdi.
Ölkənin baş naziri həmçinin Tuşetidə tikilməkdə olan yol barəsində də danışdı və qeyd etdi ki, avtomobil yolu ilə Tbilisidən Tuşeti istiqamətinə hərəkətin müddəti üç dəfə azalacaq.