Giorgi Kobulia - O fikirlə razıyam ki, ölkəmizdə demokratiyanın inkişafı, iqtisadi inkişafı ötür və bu qeyri-adi bir haldır
O fikirlə razıyam ki, ölkəmizdə demokratiyanın inkişafı iqtisadi inkişafı ötür və bu qeyri-adi bir haldır, –bu barədə bəyanatı Gürcüstanın iqtisadiyyat naziri Giorgi Kobulia “Gürcü Arzusunun” sədri Bidzina İvanişvilinin məktubu ilə bağlı verdi.
Giorgi Kobulia bəyan etdi ki, demokratik rejimin qorunması iqtisadi cəhəddən zəyif inkişaf edən ölkələrdə daha zordur.
“Opponentlərimiz tez-tez iqtisadiyyatımızın zəyif inkişafına diqqət yönəldirlər, halbuki deyəndə ki, Gürcüstan biznesin qurulması üçün təqdim etdiyi şərtlərlə dünya reytinqində 6-cı yerdədir, biz bunu ciddi tədqiqatlara əsaslanaraq, deyirik.
Bu bizə əsas verir ki, regionda mövcud olan resessiaya baxmayaraq, iqtisadiyyatımız artır” – dedi Giorgi Kobulia.
Xatırladaq ki, “Gürcü Arzusu” – demokratik Gürcüstan partiyasının sədri Bidzina İvanişvili 9 aprel tarixinin 30-cu ildönmü ilə bağlı məktub yaydı.