Giorgi Kobulia - İlk sistem maneəsi insan resursları, əhalinin təhsili və qabiliyyətidir, hansılarına inkişaf lazımdır
Gürcüstanda əsas sistem maneələrindən biri insan resursları, əhalinin təhsili və qabiliyyətidir, hansılarına inkişaf lazımdır və buna böyük diqqət yetirilməlidir, – bu barədə bəyanatı parlament komitələrinin birləşdirilmiş iclasında çıxış edərkən, İqtisadiyyat Nazirliyinə namizəd Giorgi Kobulia verdi.
Onun dediyinə görə, digər əsas maneələrdən biri də, eksport bazarları ilə inteqrasiya məsələsidir.
“Gürcüstan bir ölkə olaraq,sadəcə daxili bazar xərcinə yaşaya bilməz. Bizim hər bir layihəmiz və bir biznesimiz əsasən ixraca orientləşdirilib, ona görə də eksport bazarları ilə inteqrasiya çox vacib məsələdir” – dedi Kobulia.
Komitələrin birləşmiş iclasında Giorgi Kobulia ölkə qarşısında duran dörd əsas çağırışları adlandırdı: Biznes inkişafının yavaş templəri, industrializasiya səviyyəsinin artırılması, regionların inkişafı və ölkənin logistik habı imkanlarından istifadə etmək zərurəti.