Giorgi Kobulia - Gürcüstanın iqtisadi artım filosifosiyası gəlirlərin düzgün bölüşdürülməsinə əsaslanır
Bizim məqsədimiz odur ki, Gürcüstan vətəndaşlarının iqtisadi vəziyyətlərini yüksəldək, – bu bəyanatı Gürcüstan parlametinin komitələrinin birləşdirilmiş iclasında çıxış edərkən İqtisadiyyat Naziri vəzifəsinə təqdim edilən namizəd Giorgi Kobulia verdi.
Onun dediyinə görə, iqtisadi artım filosofiyası sadəcə artıma deyil, gəlirlərin düzgün bölüşdürülməsinə əsaslanır.
“Məqsədimiz sadəcə iqtisadi artımın özü deyil. Bizim məqsədimiz vətəndaşlarımızın firəvanlığıdır. Biz nə qədər investor gətirsək və onlar nə qədər böyük obyektlər tiksələr və ölkə iqtisadiyyatımızın inkişafına yol açsalar da, əhali yenə işsiz və yoxsul qalmağa davam edir, ona gör də, biz inkluzivlik terminindən istifadə edərək, iqtisadi artım göstəriciləri ilə bərabər, eyni zamanda, gəlirlərimizi əhali arasında düzgün bölüşdürməliyik” – dedi Kobulia.
Onun dediyinə görə, bu inkluzivlik daha çox insanın işlə və normal maaşla təmin edilməsini nəzərdə tutur.
“İnsanın işi və müvafiq gəliri olmalıdır. Onun firəvanlığı və iqtisadi vəziyyəti ancaq1 elə arta bilər” – dedi Kobulia.