Giorgi Kandelaki - Aleko Elisaşvili çoxdandır ki, "Gürcü Arzusu" ilə birləşib
Giorgi Kandelaki - Aleko Elisaşvili çoxdandır ki, "Gürcü Arzusu" ilə birləşib

Aleko Elisaşvili çoxdandır ki, “Gürcü Arzusu” ilə birləşib, – bu barədə “Avropa Gürcüstanı” partiyasının üzvü, Giorgi Kandelaki bəyan etdi.

Elə onun dediyinə görə, “Gürcü Arzusu” Aleko Elisaşvilini öz ismarıclarının səsləndirilməsi üçün istifadə edir.

“Gündəmdə ya növbədənkənar seçkilərin keçirilməsi ya da plebissitin təyin edilməsi durur ki, burada da sual açıqca formalaşmış olacaq: növbədənkənar seçkilər təyin edilməlidir ya yox. Cənab Aleko Elisaşvili çoxdandır ki, “Gürcü Arzusu” ilə birləşib və onunla birlikdədir. “Gürcü Arzusu” Aleko Elisaşvilini öz ismarıclarının səsləndirilməsi üçün istifadə edir. O, öz yolunu seçdi, Şevardnadze dövrünün rüşvətxor rabitə naziri ilə, Pridon İnciya ilə birlikdə “Gürcü Arzusu” ilə birləşdi. Onlar “Gürcü Arzusunun” mövqeyini səsləndirirlər. “Gürcü Arzusunun” müxtəlif spikerləri, Eisaşvili və ya cənab İnciyanın isterik hərəkəti, bu reallığı dəyişə bilməz”, – Kandelaki bəyan etdi.