Giorgi Kaxiani - onların hüququdur, qanun çərçivəsində müvafiq aksiyalar təşkil etsinlər və absurd tələblər irəli sürsünlər, biz buna ciddi baxmırıq
Giorgi Kaxiani - onların hüququdur, qanun çərçivəsində müvafiq aksiyalar təşkil etsinlər və absurd tələblər irəli sürsünlər, biz buna ciddi baxmırıq

Onların hüququdur, qanun çərçivəsində müvafiq aksiyalar təşkil etsinlər və absurd tələblər irəli sürsünlər, biz buna ciddi baxmırıq, – bu barədə Parlament sədrinin müavini, Giorgi Kaxiani Parflamentin qarşısında keçirilən aksiyada səsləndirilən tələbləri şərh edərkən bəyan etdi. Nika Meliya aksiyada MSK-nın sədri, Tamar Jvaniyanın istefasını tələb etdi.

Kaxiani ümid edir ki, müxalifət onların mövqelərinin absurd olduğunu tezliklə dərk edəcək.

“Onların hüququdur, qanun çərçivəsində müvafiq aksiyalar təşkil etsinlər və absurd tələblər irəli sürsünlər. Lakin sözsüz ki, biz buna ciddi baxmırıq. Ümid edirəm, onların özləri mövqelərinin absurd olduğunu tezliklə dərk edəcəklər, çox tezliklə başa düşəcəklər ki, siyasi çıxmazda olacaqlar və çox tezliklə seçki prosesinə, biraz gecikmiş parlament həyatına dönəcəklər”, – Kaxiani bəyan etdi.

Bununla yanaşı, daha bir tələbə gəldikdə, siyasi məhbusların azad olunması tələbinə, Kaxiani bəyan edir ki, ölkədə siyasi məhbuslar yoxdular.

“Gürcüstanda siyasi məhbuzlarımız yoxdur”, – Kaxiani qeyd etdi.