İrakli Ğaribaşvili Laşa Talaxadzenin növbəti Olimpia medalını telefonla təbrik etdi
Hamımızın gözlədiyi qələbə, Laşa Talaxadzeni və bütün Gürcüstanı təbrik edirəm, – Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili sosial şəbəkədə yazır.
“Hamımızın gözlədiyi qələbə!
Dünya idmanının əfsanəsi Laşa Talaxadze, artıq ikinci dəfə Olimpia çempionudur və yeni dünya rekordunu vurdu!
Laşa Talaxadzeni və bütün Gürcüstanı təbrik edirəm!, – İrakli Ğaribaşvilinin “feysbuk” səhifəsində qeyd olunub.
Bununla yanaşı, İrakli Ğaribaşvili Laşa Talaxadzenin növbəti Olimpia medalını telefonla təbrik etdi.
Laşa Talaxadze Tokio Olimpiadasında Gürcüstanın adı ilə ikinci qızıl medalını qazandı. O, +109 kq çəki kateqoriyasında 223 kiloqramı dəf etdi və yeni dünya rekordunu vurdu.